"Qarabağ"ın yay transfer pəncərəsi zamanı heyətinə qatacağı futbolçulardan biri dəqiqləşib.
Prosport.Az sportal.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Fransanın U-19 yığmasının sabiq futbolçusu Jali Muaddiblə bütün detallarda razılıq əldə edib.
Futbolçu “Qarabağ”la rəsmi müqavilə imzalamağa razılıq verib. Qurban Qurbanovun Muaddibi mövsümün sonunda komandanı tərk edəcək Abdullah Zubirin əvəzinə yoxlamaq istədiyi gözlənilir.
25 yaşlı futbolçu “Lill” B, “Anjer” B, “Avranş”, “Botoşani”, “Omoniya”( Aradiuppu) klublarında oynayıb.
Əlavə edək ki, Muaddibin "Omoniya" ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq.

