19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində 2-ci oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda Çexiya ilə qarşılaşıb.
Xorvatiyanın Luçko şəhərindəki təşkil olunan görüş rəqibin 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.
U-19 daha əvvəl Xorvatiyaya 6 cavabsız qolla uduzub.
Qeyd edək ki, Azərbaycan millisi aprelin 17-də Gürcüstanla üz-üzə gələcək.

