Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin də formasını geyindiyi "Kolambus Kru" MLS-in Şərq Konfransında növbəti matçını keçirib.
Prosport.Az xəbər verir ki, Axundzadənin komandası VII turda "Orlanda Siti" ilə qarşılaşıb.
Matç 1:1 hesabı ilə yekunlaşıb. Nəriman Axundzadənin adı matçın iştirak ərizəsində olsa da, meydana buraxılmayıb.
Hazırda "Kolumbus Kru" Şərq Konfransında 6 xalla 11-ci, “Orlanda Siti” isə 4 xalla 13-cüdür.

