Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Təzyiq hiss etmirəm, amma dərəcə getdikcə artır" – Yuri Vernidub
    11.04.2026 23:25:38

    Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində “Neftçi” öz meydanında “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırı.

    – Göstərdiyiniz oyunun hissələr arasında bu qədər fərqlənməsinin əsas səbəbi nədir?
    – 1-ci hissə həqiqətən gözəl performans sərgilədik. Ən azı 6-7 real qol şansını qaçırdıq. 2-ci hissədə də 60-cı dəqiqəyə qədər yaxşı oynadıq, hətta 2-ci qolu vurduq. Düşünürəm ki, ondan sonra əsas rolu psixologiya oynadı. İlk 1 saat ərzində rəqib cəmi 1 dəfə qola yaxın oldu ki, onda da qapıçımız inamlı oynadı. Futboldur, belə şeylər olur. Biz daha çox işləməliyik, fiziki hazırlıqları artırmalıyıq. Sevinirəm ki, kapitanımız geri qayıtdı. Çünki o bizim üçün açar fiqurdur.

    – Artıq avrokubok zonasının astanasındasınız. Öz üzərinizdə əlavə təzyiq hiss edirsiniz?
    – Mən təzyiq hiss etmirəm, amma görürəm ki, dərəcə getdikcə artır. Əsas odur ki, oyunçular bunu başa düşüb, dərəcəni saxlasınlar. Bundan sonrakı bütün oyunlar bizim üçün Kubok finalı kimi olacaq. Xallar qazanmalı, irəliləməliyik. Qarşıda “Zirə” və “Qarabağ” kimi çətin rəqiblər var. Bu oyunlardan çox şey asılı olacaq.

    – Siz gəldikdən sonra çempionatda Vensan Abubakar start heyətində yer almayıb, daha çox sonradan meydana daxil olur. Deyə bilərikmi, yeni mövsüm üçün siyahınızda bu futbolçu yoxdur?
    – Mətbuatı oxuyanda bəzən gülümsəyirəm. Çünki elə şeylər olur ki, mən onlar haqqında ümumiyyətlə, heç nə deməmişəm, demək də istəmirəm. Abubakar “Neftçi”nin üzvüdür. Gözəl bilirsiniz ki, onun zədəsi olmuşdu. 3 həftə ərzində məşqlərə qatılmadı, müalicə aldı. Həftənin 5 günü məşq etməklə əvvəlki fiziki vəziyyəti qaytarmaq mümkün deyil. Eyni sözlər Basala Sambuya da aiddir. O artıq fərdi məşqlərə başlayıb. Onun bərpası üçün ən azı 2-3 həftə lazımdır. Ola bilər ki, “Qarabağ”la 2-ci oyuna hazır olsun, amma buna şübhəylə yanaşıram. Eyni məsələ Andrey Ştoqrinə də aiddir.

    – Sambu da qayıdandan sonra “Neftçi” 9 nömrəsiz oynaya bilərmi? Çünki belə komanda hücumda daha yaxşı görünür...
    – Belə edək, gözləyək görək o nə vaxt qayıdır. Ondan sonra oturub düşünüb, təhlil edərik.

    – Siz Ukrayna mətbuatında millinin baş məşqçi postuna namizədlərdən biri kimi göstərilirsiniz. Bununla bağlı nə deyə bilərsiniz, yoxsa gələcək planlarınızda ancaq “Neftçi” var?
    – Son ay ərzində mən Ukraynadan heç bir media təmsilçisi ilə danışmamışam. Nə yazırlarsa, mənimlə əlaqəsi yoxdur... Yazırlar ki, Kenan Piriç qol buraxdıqdan sonra Vernidub onunla yollarını ayırmaq istəyir. Necə bunu yazmaq olar? Qol da buraxacaq, seyv də edəcək. Belə çıxır ki, buraxılan qoldan sonra hər qapıçı ilə yolları ayırmaq lazımdır? Elə suallarınız olarsa, mətbuat xidməti ilə danışa bilərsiniz, mən də müsahibəyə hər zaman hazıram. Ən azından orada doğru məlumatları bölüşəcəyəm... Milliyə gəldikdə, bununla bağlı söz-söhbət çoxdan gedir. Mənə heç kim zəng etməyib. Orada 8-10 nəfər yazırlar, bəlkə mənim də adımı ora daxil ediblər. Ciddi bir şey olsaydı, zəng edərdilər. İndi mənim bir məqsədim var, o da "Neftçi"dir. Kluba və mənim qarşıma qoyulan hədəflərə çatmağı düşünürəm. Alınar-alınmaz, həyat göstərəcək. Bu öhdəliyi üzərimə götürmüşəmsə, sona qədər mübarizə aparacağıq.

    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Futbol

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved