Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "2 xal "Qarabağ"dan, 2 xal "Sabah"dan götürmüşük" - Rəşad Sadıqov
    11.04.2026 20:44:45

    Azərbaycan Premyer Liqasının XXVII turunun “Sabah” – “Zirə” oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Oyun bizim üçün həyəcanlı başladı. Rəqib böyük təzyiq göstərirdi. İrəli çıxanda top itirdik və qol buraxdıq. Sonrakı 10 dəqiqədə də pressinq etdilər. Lakin fasiləyə qədər geridönüş edə bildik. İkinci hissənin əvvəlində standart vəziyyətdən qol buraxdıq. Bundan sonra qol vurmağa çalışdıq, futbolçular xarakter göstərdilər. Oyunun son dəqiqələrində müdafiəmiz etibarlı oynadı və bir xal qazandıq. “Sabah”a qarşı qazanılan hər xal dəyərlidir. Düşünürəm ki, bu nəticə bizim üçün faydalı olacaq.

    – İlk hissənin əvvəlində fəal idiniz…
    – Bu komanda ilə əvvəlki oyunda 27 dəqiqəyə 3 qol buraxmışdıq. Bu gün də 15-ci dəqiqədə qol buraxanda çalışdım ki, futbolçuları toparlayım, dağılmasınlar.

    – Liderlə oyunda xal qazandınız. Bu gün həm də “Qarabağ”a kömək oldunuz. Qarşıdan “Neftçi” ilə oyun gəlir. Həmin görüşü həlledici saymaq olar?
    – “Sabah” möhtəşəm oynayır. Qazandığımız xal çox önəmlidir. 2 xal “Qarabağ”dan, 2 xal “Sabah”dan götürmüşük. Bunlar çox mühümdür. Ötən turda son dəqiqə qolu ilə qələbədən olmuşduq. Acı xal itkisi idi. Futbolçular çox məyus olmuşdu. Narahatlığım o idi ki, birdən bu məyusluq “Sabah”la da oyuna təsir edər. Qarşıda “Neftçi” və “Turan Tovuz”la oyunlarımız var. Ciddi matçlar olacaq. Başa düşürük ki, bu oyunlarda bizi nələr gözləyir.

    – İssa Cibrilla və Ayron Qomis sanki meydandan çıxanda narazı idi. 
    – Onları əvəzetmək istəmirdim. Qomis zədədən qayıdıb. Bir epizodda ayağını tutdu, həm də sarı vərəqəsi var idi. İssa bir məhsuldar ötürmə etdi, penalti qazandı. Çox məhsuldar oynadı. O da zədədən yeni qayıdıb. Gələcəyi düşünərək bu addımı atdım.

    – Mövsümün sonuna az qalıb. İzlədiyiniz oyunçu var?
    – Xeyr. Hələki bütün diqqətimiz çempionatdadır. Mövsümün sonunda rəhbərliklə danışacağıq. Hələ tələsmirik.

    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Futbol

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Futbol

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved