Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İlk dəfədir ki, çalışdığım klubdan rahat gedirəm" - Ayxan Abbasov
    11.04.2026 18:52:11

    Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində “Şamaxı” “Qarabağ”ı qonaq edib.

    Prosport.Az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov mətbuata açıqlama verib.

    Mütəxəssis nəticəni belə şərh edib:

    – Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bilirik ki, çempionatın sonuna doğru “Qarabağ” hər oyuna final kimi yanaşır. Oyuna hazırlaşmağa vaxtımız az idi, çox yorulmuşduq, meydana itkilərlə çıxmışdıq. Sona qədər mübarizə apardıqlarına görə futbolçularıma təşəkkür edirəm. Hər xal bizim üçün vacibdir. Sona qədər bu tempi saxlamaq vacibdir.

    – Bu gün komandanın əsas qol silahı Rossi yox idi. Bu sizə nə dərəcədə təsir göstərdi? 

    – İstənilən futbolçumuzun yoxluğunu itki hesab edirəm, amma təbii ki, aparıcı oyunçuların olmaması daha böyük itkidir və komandaya təsir edir.

    – Komandanız bu oyun da, keçən tur da çox əzmkar mübarizə nümayiş etdirdi. Bu əzmkarlıq rəqibin adına görədir, yoxsa ümumi oyun üslubunuz belədir? 

    – Mövsümün əvvəlindən bilirdik ki, əzmkarlığımız az olsa, liqada qalmaqda çətinlik çəkə bilərik. İl boyu bu tempi saxlamaq da çətindir, amma ilk turdan bu günə kimi futbolçular maksimum çalışırlar. Oyunçuların inkişafı göz önündədir, bu gün Orucu xüsusən bəyəndim.

    – Qazanılan nəticələrdə taktiki biliyiniz əsas rol oynayır, yoxsa verdiyiniz motivasiya? 

    – Bu gün “Qarabağ”a görə məcburi fərqli taktika ilə oynadıq. Sevindirici haldır ki, futbolçular dəyişikliklərə tez adaptasiya olur. Təbii ki, komanda ruhu da çox vacibdir.

    – Əsas qapıçınız cəza səbəbilə növbəti tur olmayacaq. Bu sizi qayğılandırır? 

    – Rikardo bu gün Azərbaycan çempionatında ən yaxşı qapıçılardandı. Amma bir tərəfdən də Abdullaha şans verə biləcəyimə görə sevinirəm. Ümumən qarşıdakı turlarda hər kəsə şans verəcəm. Əsas heyətdə debüt etməyi gözləyənlər var.

    – Mövsümün sonunda Şərqi Avropadan yeni məşqçi gətiriləcəyi ilə bağlı söhbətlər var. Hətta deyilənə görə, danışıqlar gedir, bununla bağlı nə deyə bilərsiniz? 

    – “Şamaxı” mənim üçün doğmadır. İstəyərdim ki, burada davam edim, amma maddi cəhətdən də komanda möhkəmlənməlidi. İki ildir çox çətinliklər olsa da, çalışmışıq ki, öhdəsindən gələk. Məncə, klub doğru yoldadır, düzgün qərarlar verilməlidir. İlk dəfədir ki, çalışdığım klubdan rahat gedirəm.

    Futbol

    Millimiz Qəbələdə yaponlarla üz-üzə

    6.10.2026 11:21:53
    Futbol

    Azərbaycan Kuboku: Təyinatlar açıqlandı

    6.10.2026 11:04:43
    Futbol

    Millimiz son matçda "cırtdanlar"a qarşı

    6.10.2026 10:47:23
    Futbol

    "Sabah" çexiyalı azarkeşlər üçün 4 minə yaxın yer ayırdı

    5.10.2026 23:49:38
    Futbol

    "Renat Dadaşov təmiz forvarddır, əsl "9" nömrədir" - Ukraynalı baş məşqçi

    5.10.2026 22:41:08
    Futbol

    "Qoldan sonra Azərbaycan millisinin müdafiəsini yarmaq çətin oldu" - Litvalı qapıçı

    5.10.2026 22:15:19
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: Daha 5 boksçumuzdan qələbə

    6.10.2026 12:17:35

    Azərbaycanın ev sahibliyi etdiyi nüfuzlu yarışın vaxtı açıqlandı

    6.10.2026 11:54:39

    Millimiz Qəbələdə yaponlarla üz-üzə

    6.10.2026 11:21:53

    Azərbaycan Kuboku: Təyinatlar açıqlandı

    6.10.2026 11:04:43

    Millimiz son matçda "cırtdanlar"a qarşı

    6.10.2026 10:47:23

    Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdə ilk oyununa çıxır

    6.10.2026 10:24:33

    "Sabah" Çempionlar Liqasına Litvada start verir

    6.10.2026 10:02:41

    Olimpiya çempionumuz Bakıda səhnəyə çıxır

    6.10.2026 09:00:41

    "Sabah" çexiyalı azarkeşlər üçün 4 minə yaxın yer ayırdı

    5.10.2026 23:49:38

    "Prezidentin açılış mərasimində iştirakı yüksək diqqətin göstəricisidir" – Rəşad Nəbiyev

    5.10.2026 23:14:35

    "Renat Dadaşov təmiz forvarddır, əsl "9" nömrədir" - Ukraynalı baş məşqçi

    5.10.2026 22:41:08

    "Qoldan sonra Azərbaycan millisinin müdafiəsini yarmaq çətin oldu" - Litvalı qapıçı

    5.10.2026 22:15:19

    Yaponiyalı bacı-qardaş yenə Bakıda dünya çempionu oldu - YENİLƏNİB

    5.10.2026 21:49:34

    "Bu toplanış bizi daha da birləşdirdi" – Rəşad Eyubov

    5.10.2026 21:16:31

    ABL-in II divizionu bu tarixdə başlayacaq

    5.10.2026 20:37:58
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved