Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura 1 oyunla start veriləcək.
Prosport.Az xəbər verir ki, günün yeganə matçı Yevlaxda keçiriləcək. “Kəpəz” çempionatın autsayderi “Karvan-Yevlax”ın qonağı olacaq. Qarşılaşma saat 15:30-da start götürəcək.
Turnir cədvəlində Gəncə təmsilçisi 21 xalla 10-cu, Yevlax klubu isə 8 xalla sonuncu – 12-ci pillədə yer alıb.
Qeyd edək ki, XXVII turun digər oyunları aprelin 11-12-də keçiriləcək.

