"Qarabağ"ın futbolçusu Toral Bayramov yeni mövsümə başqa klubda başlaya bilər.
Prosport.Az azerisport.com-a istinadən xəbər verir ki, yarımmüdafiəçi daha çox şans qazana biləcəyi komandaya keçmək niyyətindədir. Bir neçə xarici və yerli klub Bayramovla maraqlanır. Azərbaycan millisinin üzvü hələlik yekun qərarını verməyib, lakin ayrılma ehtimalı yüksəkdir.
Qeyd edək ki, 25 yaşlı futbolçunun "Qarabağ"la müqaviləsi 2026/27 mövsümünün sonuna qədərdir.

