Azərbaycan I Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Şəfa" klubunun futbolçusu Tərlan Quliyev mükafatlandırılıb.
Prosport.Az xəbər verir ki, mart ayının ən yaxşı qolunun müəllifinə mükafatı PFL-in Media şöbəsinin baş mütəxəssisi Anar Əsədov təqdim edib.
Bu, XXI turun "Şəfa" – "Səbail" qarşılaşmasından əvvəl baş verib.

