Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bunu hesablaya bilmərəm, məktəbdə riyaziyyatım o qədər də güclü deyildi" - Valdas Dambrauskas
    7.04.2026 22:36:47

    Azərbaycan Premyer Liqasının XXVI turunun “Araz-Naxçıvan” – “Sabah” oyunundan (2:4) sonra qonaqların baş məşqçisi Valdas Dambrauskas fikirlərini bölüşüb.

    Prosport.Az xəbər verir ki, o, nəticəni belə şərh edib:

    – “Sabah” ailəsini böyük qələbə münasibətilə təbrik edirəm. Həqiqətən də bu gün vacib qələbə qazandıq. Oyuna yaxşı başlamadıq. Arxa xətdən hücuma çıxarkən səhvlərə yol verdik. Rəqib bu səhvlərdən yararlandı. Məmnunam ki, onlara cavab verməyi yaxşı bacardıq. Layiqli qələbə qazandıq, görüşün taleyini daha tez həll edə bilərdik. 3 gün sonra yeni oyunumuz var, artıq bu günü unudub, həmin matça köklənməliyik.

    – Həqiqətən də, çox yaxşı bir komanda formalaşdırmısınız. Baxımlı oyun göstərirsiniz. Bütün mövsümü eyni tempdə davam etdirmək çox çətindir, bunu sona qədər qoruya bilməməklə bağlı qorxunuz varmı? 

    – Bu, məni narahat etmir. Məni sadəcə növbəti oyun düşündürür və narahat edir. Yaxşı şəkildə bərpa olmalıyıq. 8-9 aydır ideyalarımızı tətbiq edirik, nəticələri bu sayədə qazanırıq.

    – “Sabah”ı ilk mövsümünüzdə avrokuboklara çıxara bildiniz. Bununla bağlı təbrik almısınız, yoxsa əsas təbriki mövsümün sonunda gözləyirsiniz? 

    – Mən bura gələndə hədəfim komandanı Avropaya aparmaq idi. Yenə də bu uğur barədə düşünmürük, sadəcə qarşıdan gələn oyunu fikirləşirik.

    – Lepinitsanın hazırki vəziyyəti nə yerdədir? Ona gələn təkliflər barədə fikirləriniz maraqlıdır... 

    – 2-ci sualla başlayacağam. Oyunçu ilə bu barədə danışmaq mənim vəzifəm deyil. Bizim üçün önəmli odur ki, futbolçularımız qarşıdakı oyunlara köklənsinlər. Gələcək barəsində danışmaq üçün çox tezdir. Vəziyyəti barəsində onu deyə bilərəm ki, kiçik zədəsi var, gözləyirik ki, bərpa prosesindən keçsin və qarşıdakı oyuna hazır olsun. Bizim üçün vacib oyunçudur. Bu gün heyətimizin genişliyi də bizə kömək etdi. Bu sayədə oyundakı dominantlıq bizim tərəfimizdə idi.

    – “Levski” ilə oyundan bu yana götürsək, “Sabah”ın nə qədər inkişaf etdiyini düşünürsünüz? 

    – Mən bunu faizlə hesablaya bilmərəm, məktəbdə riyaziyyatım o qədər də güclü deyildi. “Levski”dən bu yana 30-dan çox oyuna çıxmışıq. Əlbəttə ki, inkişaf var, daha da yaxşı oynayırıq. Yeni oyunçular qoşulub, bütün fazalarda inkişaf var. Bu məsələ də var ki, əgər biz bir oyun pis oynasaq, siz məndən soruşacaqsınız ki, bəs inkişaf hardadır? Önümüzdəki yaya 2 ayımız qalıb. Daha da inkişaf etməliyik. Siz fəlsəfi sual verdiniz, mən də sizə fəlsəfi cavab verdim.

    – Hamidu Keyta nədənsə narazı görünürdü, onunla nə danışdınız? 

    – Onunla ləğv edilən 4-cü qolumuzu müzakirə etdik. Orda toxunuşun olub – olmaması, ümumi situasiya barədə danışdıq. Xüsusi bir şey yox idi.

    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Futbol

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Futbol

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved