"İmişli" klubunun əsas qapıçısı Andrey Sinenka zədələnib.
Prosport.Az xəbər verir ki, Belarusdan olan qolkiper "Turan Tovuz"a qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XXVI tur oyununda sıradan çıxıb.
Onu 83-cü dəqiqədə Hüseynəli Quliyev əvəzləyib.
Xatırladaq ki, görüş heç-heçə başa çatıb - 1:1.

