Hazırda AFFA-nın texniki direktoru postuna 4 namizəd var.
Prosport.Az xəbər verir ki, bu barədə federasiyadan sportinfo.az-a məlumat verilib.
Bildirilib ki, siyahıda adları olanların hamısı əcnəbidir. Xorvatiyalı, portuqaliyalı, belçikalı və türkiyəli funksionerlər bura daxildir.
Qurum yaxın günlərdə seçim edəcək. Əslində, AFFA kiminlə işləmək istədiyini müəyyənləşdirib, sadəcə, müqavilənin müddəti və şərtləri ilə bağlı məsələlərdə bəzi detalların dəqiqləşdirilməsi lazımdır.
Texniki direktor vəzifəsini son olaraq Cahangir Həsənzadə tutub. O, 2020-ci ildən həmin postda idi və aprelin 4-də iş yeriylə vidalaşıb.

