Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Onlarla görüşdüm və xahiş etdim ki, belə davranmasınlar" – Kaxaber Sxadadze
    5.04.2026 18:40:34

    Azərbaycan Premyer Liqasının XXVI turunun “Kəpəz” – “Qəbələ” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Futbolçularıma təşəkkür edirəm, çox çalışdılar, yaxşı nəticə qazandılar. Birinci hissədə oyunçularda gərginlik hiss olunurdu. Fasilədən sonra rəqibə imkan vermədik. Demək olar, şans yarada bilmədilər. İlk hissənin sonunda futbolçulara dedim ki, özünüzə inanın, daha yaxşı oynaya bilərsiniz. Bizim üçün hər oyun finala bərabərdir. Bu gün də göstərdik ki, oynaya bilirik.

    – Ardıcıl məğlubiyyətlərdən sonra azarkeşlər sizi istefaya səsləyir, artıq klubun yeni baş məşqçi axtarması ilə bağlı xəbərlər çıxırdı. Bu, sizə necə təsir edirdi?
    – Hər yerdə belədir. Komanda uduzursa, günahkar məşqçidir. İşimiz belədir. Azarkeşləri də başa düşürəm, nəticə istəyirlər. Onlarla görüşdüm və xahiş etdim ki, belə etməsinlər. Belə olanda komanda daxilində atmosfer də pozulur. Klubda görüş oldu, rəsmilər iştirak etdi. Bu, komandaya müsbət təsirini göstərdi.

    – Azərbaycan yığması “FIFA Series-2026” turnirinin qalibi olub. Sizcə, bu qələbəni şişirtməyə dəyər, ya necə? Nə düşünürsünüz?
    – Yaxşı oyunlar oldu. Ayxan Abbasov komandanı toparlaya bilib. Psixoloji baxımdan belə qələbələr vacibdir. Komandanı indiki məqamda tənqid etmək olmaz. Bu, millidir və hər kəs onlara azarkeşlik etməlidir.

    Futbol

    "2:0-dan sonra çox arxayın oynadıq" – Emin Mahmudov

    23.07.2026 01:24:24
    Müsahibə

    "Mənim Bakı ilə bağlı xüsusi prinsipiallığım yoxdur" - "Neftçi"yə iki qol vuran erməniəsilli futbolçu

    23.07.2026 00:47:31
    Futbol

    "Qarabağ"ın oyun üslubunu yaxşı tanıyırıq" - MOİK-in futbolçusu

    22.07.2026 23:47:03
    Futbol

    “Qarabağ”a qarşı ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq" - Xristo Yanev

    22.07.2026 23:13:43
    Futbol

    "Mərhələni keçə bilərik" – Yuri Vernidub

    22.07.2026 22:41:39
    Futbol

    "Super üstünlüyümüz yoxdur" – "Dinamo"nun baş məşqçisi

    22.07.2026 22:15:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "2:0-dan sonra çox arxayın oynadıq" – Emin Mahmudov

    23.07.2026 01:24:24

    "Mənim Bakı ilə bağlı xüsusi prinsipiallığım yoxdur" - "Neftçi"yə iki qol vuran erməniəsilli futbolçu

    23.07.2026 00:47:31

    "Qarabağ"ın oyun üslubunu yaxşı tanıyırıq" - MOİK-in futbolçusu

    22.07.2026 23:47:03

    “Qarabağ”a qarşı ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq" - Xristo Yanev

    22.07.2026 23:13:43

    "Mərhələni keçə bilərik" – Yuri Vernidub

    22.07.2026 22:41:39

    "Super üstünlüyümüz yoxdur" – "Dinamo"nun baş məşqçisi

    22.07.2026 22:15:13

    "Neftçi" Konfrans Liqasına ev məğlubiyyəti ilə başladı - VİDEO

    22.07.2026 21:59:20

    "Kəpəz" Abubakarı heyətinə qatdı

    22.07.2026 21:16:38

    "Neftçi" - "Dinamo" – Heyətlər

    22.07.2026 19:10:27

    UEFA Babək Quliyevi Bolqarıstana göndərir

    22.07.2026 18:46:32

    "Bu, hər futbolçunun başına gələ bilər" – Qurban Qurbanov

    22.07.2026 18:17:41

    "Şəfa"da qvineyalı vinger - FOTOLAR

    22.07.2026 17:40:02

    "Bu, mənim üçün ağır imtahandır, amma qorxmuram"  - Hacı Əliyev

    22.07.2026 17:10:58

    Varqas istirahətdən "Neftçi"yə belə qayıtdı - FOTOLAR+VİDEO

    22.07.2026 16:39:48

    "Neftçi" və "Qarabağ"a görə dəyişiklik

    22.07.2026 16:14:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved