Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" Almaniya 2-ci Bundesliqasında XXVIII tur oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, "Kayzerslautern" doğma meydanda "Fortuna"nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Mahir Emreli meydana 83-cü dəqiqədə daxil olub.

