I Liqada 3-cü mövsümünü keçirən "Difai" baş məşqçi dəyişikliyinə gedib.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, Ağsu təmsilçisi Aydın Qasımovu sükan arxasından kənarlaşdırıb.
Onun gördüyü iş Elman Sultanova həvalə olunub.
Bundan öncə iki il "Baku Sportinq"də işləmiş mütəxəssis ən azı mövsümün sonunadək "fədailər"i çalışdıracaq.
"Difai"nin builki məqsədi çempionatda yerini qourmaqdır. 20 tura 13 xal toplayan komanda turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

