Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Azarkeşlər baxımlı futbol izləsinlər, biz uduzsaq da, olar" - Qurban Qurbanov
    4.04.2026 00:02:49

    "Qarabağ" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçında doğma meydanda "Sabah"la 2:2 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    - Azarkeşlərə möhtəşəm atmosferə görə təşəkkür etmək istəyirəm. Düşünürəm ki, futbolçular stadiona toplaşan insanlara möhtəşəm oyun göstərdilər. Sürətli oyun alındı. Qarşımızda çox yaxşı kollektiv var idi. Sona qədər mübarizə aparan bir komandaya qarşı oynadıq. Bizə bu cür rəqibə qarşı oynamaq xoşdur. Son 2 oyunumuz çox baxımlı alınıb. Cavab oyununda da əlimizdən gələni edəcəyik. Ondan öncə, yəni, 2 gün sonra "Karvan-Yevlax"la çempionat oyunumuz var, əvvəlcə ona hazırlaşmalıyıq.

    - Rauf Cabarovun bu oyuna baş hakim kimi təyinatı çox müzakirə olundu. Siz bu barədə nə düşünürsünüz?

    - Heç bir narahatlığım yoxdur. Müzakirə olunası bir mövzu deyil. Yəqin ki, son vaxtlar formadadır deyə bu matça təyinat almışdı. 

    - Son vaxtlar adı "Sabah"la hallanan Aleksey Kaşşuk meydanda çox az olur. Rəqabətdə mi uduzur, yoxsa...?

    - "Sabah"la məsələsi yoxdur. Yəni bu barədə qarşı tərəfin bir planı var, yoxsa yox, bilmirəm. Bizdə hələ belə bir düşüncə yoxdur. "Sabah"la son çempionat oyununda start heyətdə idi. Yetərincə zaman aldığını düşünürəm. Oyunundan tam razı qalmadığımız məqamlar var. Bunun üzərində çalışacağıq. 

    - Çempionat üçün kuboku, yaxud kubok üçün çempionatı qurban verməyə hazırsınızmı?

    - Belə bir düşüncəmiz yoxdur. Biz həmişə hər iki turnirdə iddialı olmuşuq. Problem yoxdur. Azarkeşlər baxımlı futbol izləsinlər, biz uduzsaq da, olar. 

    - Hər zaman çempionat oyunlarında azarkeşlərin az olması müzakirə mövzusu olub. Bu gün bu qədər azarkeşin olmasını nəzərə alsaq, baxımlı futbola daha çox baxılır deyə bilərikmi?

    - İnanın ki, azarkeşlər hər dəfə oyuna bu cür maraq göstərsələr, baxımlı futbol görərlər. İstənilən rəqibə qarşı bu cür oyun görə bilərlər. 

    - Bu gün demək olar ki, 70-75 dəqiqə oyun sürətli keçdi. Bu atmosfer sizə avrokubok matçını xatırlatdımı?

    - Bəli, xatırlatdı. Çox xoş oldu. Bəzi avrokubok matçlarından daha çox azarkeş var idi. Baxımlı futbol izləmək çox xoşdur. 

    - Elvin Cəfərquliyevlə Akim Zedadka arasında oyun zamanı bir mübahisə yarandı...

    - Düzü, epiozdu tam görmədim. Futbolda belə hallar normaldır. Bu cür mübahisələr futbolu bəzəyir. Futbol xarakter oyunudur. Mən 2-sini barışdırmaq üçün cəhd etdim. Dambrauskasla da oyundan sonra söhbətimiz oldu. Biz onunla hər zaman oyundan öncə də, sonra da ancaq futbol barədə danışırıq. Futbolda baş verənlər elə orada da qalır. Futbolun da gözəlliyi budur. 

    - Yeni AFFA rəhbərliyinin 2 ili tamam oldu. Siz də bu qurumda İcraiyyə Komitəsinin üzvüsünüz. Son 2 ildə görülən işlər barədə düşüncələriniz necədir?

    - Yeni fikir, ideya olanda onun nəticəsini görmək üçün zaman lazımdır. Yeni bir struktur varsa, önu görmək də maraqlı olur. Futbolumuzun inkişafı üçün hər zaman yeni düşüncələr olur. Qeyd etdiyim kimi, bunların nəticəsini görmək üçün zaman lazımdır. 

    Futbol

    "2:0-dan sonra çox arxayın oynadıq" – Emin Mahmudov

    23.07.2026 01:24:24
    Futbol

    "Mənim Bakı ilə bağlı xüsusi prinsipiallığım yoxdur" - "Neftçi"yə iki qol vuran erməniəsilli futbolçu

    23.07.2026 00:47:31
    Futbol

    "Qarabağ"ın oyun üslubunu yaxşı tanıyırıq" - MOİK-in futbolçusu

    22.07.2026 23:47:03
    Futbol

    “Qarabağ”a qarşı ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq" - Xristo Yanev

    22.07.2026 23:13:43
    Futbol

    "Mərhələni keçə bilərik" – Yuri Vernidub

    22.07.2026 22:41:39
    Futbol

    "Super üstünlüyümüz yoxdur" – "Dinamo"nun baş məşqçisi

    22.07.2026 22:15:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "2:0-dan sonra çox arxayın oynadıq" – Emin Mahmudov

    23.07.2026 01:24:24

    "Mənim Bakı ilə bağlı xüsusi prinsipiallığım yoxdur" - "Neftçi"yə iki qol vuran erməniəsilli futbolçu

    23.07.2026 00:47:31

    "Qarabağ"ın oyun üslubunu yaxşı tanıyırıq" - MOİK-in futbolçusu

    22.07.2026 23:47:03

    “Qarabağ”a qarşı ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq" - Xristo Yanev

    22.07.2026 23:13:43

    "Mərhələni keçə bilərik" – Yuri Vernidub

    22.07.2026 22:41:39

    "Super üstünlüyümüz yoxdur" – "Dinamo"nun baş məşqçisi

    22.07.2026 22:15:13

    "Neftçi" Konfrans Liqasına ev məğlubiyyəti ilə başladı - VİDEO

    22.07.2026 21:59:20

    "Kəpəz" Abubakarı heyətinə qatdı

    22.07.2026 21:16:38

    "Neftçi" - "Dinamo" – Heyətlər

    22.07.2026 19:10:27

    UEFA Babək Quliyevi Bolqarıstana göndərir

    22.07.2026 18:46:32

    "Bu, hər futbolçunun başına gələ bilər" – Qurban Qurbanov

    22.07.2026 18:17:41

    "Şəfa"da qvineyalı vinger - FOTOLAR

    22.07.2026 17:40:02

    "Bu, mənim üçün ağır imtahandır, amma qorxmuram"  - Hacı Əliyev

    22.07.2026 17:10:58

    Varqas istirahətdən "Neftçi"yə belə qayıtdı - FOTOLAR+VİDEO

    22.07.2026 16:39:48

    "Neftçi" və "Qarabağ"a görə dəyişiklik

    22.07.2026 16:14:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved