Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Kaşşukla bağlı yayılan xəbərlər şayiədir" - Valdas Dambrauskas
    3.04.2026 23:20:13

    "Sabah" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçında "Qarabağ"la 2:2 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Bakı klubunun baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

    - Hər iki komandanı bu gün göstərdikləri gözəl oyuna görə təbrik etmək istəyirəm. Baxımlı futbol alındı. Milli matçlara görə yaranmış fasilədən sonra oynamaq təbii ki, bir qədər çətin idi. Buna baxmayaraq yaxşı oyun alındığını düşünürəm. 2-ci hissənin 2-ci yarısından sonra daha yaxşı çıxış etdiyimizi qeyd edə bilərəm. Hər iki komandanın da şansları oldu. Cavab oyunu da maraqlı keçəcək. Kubok matçını unudub çempionat oyunlarına köklənməliyik. 

    - "Sabah"ın hesabı bərabərlişdikdən sonra önə keçməyinə nə çatmadı?

    - İlk hissədə hesabı açsaq da, sonradan 2 qol buraxdıq. Rəqibin bizə göstərdiyi təzyiq çox yaxşı idi. Həddindən artıq ucuz toplar itirdik. Əvvəlki oyunlarda qurduğumuz kombinasiyalardan bu matçda istifadə edə bilmədik. 2-ci hissənin əvvəllində bu özünü daha qabarıq göstərdi. Fasilədən dönməyimiz buna təsir edə bilər. Qarşıdakı oyunlarda bunu aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik. 

    - İqor Noqeyranın yoxluğunda Rəhman Daşdəmirov onu layiqincə əvəz edə bilirmi?

    - Əlbəttə ki, Rəhman bizim üçün önəmli futbolçudur. Bilirsiniz ki, Rəhman 2 mövqedə oynaya bilən müdafiəçidir. İnanıram ki, hər bir futbolçum daha çox oyunda olmağa layiqdir. Bu gün onun çıxışından razı qaldım. 

    - Kağız üzərində kubokun favoriti bu cütün qalibi kimi qeyd olunur. Siz bu fikirlə razısınızmı?

    - Mənim üçün ən önəmlisi növbəti keçirəcəyimiz matçdır. Bu barədə heç düşünmürəm.

    - Növbəti mövsüm "Sabah"ın avrokuboklarda daha uğurlu olması üçün rəhbərliklə transfer barədə hər hansı söhbətiniz olubmu?

    - Mən hazırda Avropadakı oyunlar barədə düşünmürəm. Təbii ki, komanda ilə bağlı idman direktoru ilə söhbətlərimiz olur. Hər hansı rəsmi xəbər olsa, sizinlə paylaşılacaq. 

    - Komandanın hər 2 cəbhədə də mübarizə aparmaq gücünün olduğunu düşünürsünüzmü?

    - Bu sualın cavabını sizə buraxıram. Sizcə, bunu bacara bilərik? (gülür)

    - Bu il "Sabah"dan gözləntilər böyükdür. Bunu nəzərə alsaq, transferlər barədə düşüncələriniz necədir? Mətbuatda Aleksey Kaşşukla maraqlandığınız qeyd olunur...

    - Onu deyə bilərəm ki, "Sabah" çox özəl klubdur. Bizim çox yaxşı idarəetməmiz var. Bu barədə kollektivimiz birlikdə işləyir. Mən transferlər barədə heç narahat deyiləm. Skaut komandamız daim axtarışdadır. Onların işinə güvənirəm. Kaşşukla bağlı yayılan xəbərlər şayiədir. Təbii ki, çempionatda oynayan yerli futbolçular daim nəzarətimizdədir. Onlar daim klubların döyünən ürəyi olacaq. 

    Futbol

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58
    Futbol

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23
    Futbol

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07
    Futbol

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32
    Futbol

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34
    Futbol

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50

    Daha bir boksçumuz Avropa çempionu oldu

    24.11.2026 19:35:53

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59

    Boksçumuz ardıcıl 3-cü dəfə Avropa çempionu oldu

    24.11.2026 17:57:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved