Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində daha bir matç keçirilib.
Prosport.Az xəbər verir ki, "Qarabağ" "Sabah"la üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş heç-heçə ilə bitib - 2:2.
"Qarabağ"ın heyətində 29 və 60-cı dəqiqələrdə Kadi fərqlənib. "Sabah"dan isə Umarali Raxmonaliyev (23, 65-p.) dubla imza atıb.
Xatırladaq ki, raundun cavab matçları aprelin 21-22-də keçiriləcək.

