Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Elə ola bilər ki, böyük büdcə ilə heç ilk "5-liy"ə düşə bilmərəm" – Rəşad Sadıqov
    3.04.2026 21:19:53

    "Zirə" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Turan Tovuz"u 2:0 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    – Hər zaman Kubokun ilk oyunlarında taktiki savaş gedir. 1-ci hissədə bunun şahidi olduq. Rəqibin çoxsaylı standart vəziyyətləri var idi. Hamımız bilirik ki, "Turan Tovuz" standart vəziyyətlərdə ən təhlükəli komandalardan biridir. 2-ci hissədə sürəti bir az artırdıq. Bizim üçün olduqca vacib olan qələbə qazandıq. Hələ ilk hissəni oynadıq. Bizi qarşıda vacib 2-ci yarı gözləyir.

    – Cütün taleyinin həll olunduğunu demək olar?
    – Qətiyyən yox. Rəqibin fərqlənmək üçün çoxlu "silahlar"ı var. Hansı hesab qeydə alınsaydı da, eyni fikirdə olacaqdım. Tez bir zamanda çempionat oyununa köklənməliyik.

    – Mövsüm ərzində zədələr olmasaydı, "Zirə"nin nəticələri fərqli ola bilərdi?
    – Zədə və cəza baxımından ən çox problem yaşayan komandalardanıq. Bəzən də olur ki, tam heyətlə çıxıb nəticə əldə etmək olmur. Hamının formada olması bizə üstünlük verir. 

    – Anje Mutsinzinin start heyətində olmamasının səbəbi nədir?
    – Uzun səfərdən gəlib. Sabah ona yüngül məşq verib sonra 1 günlük istirahət verəcəyik.

    – Daha böyük büdcə ilə daha böyük işlər görə bilərsiniz? "Zirə"də qalmaqla sanki böyük uğurlar əldə etmək çətin görünür...
    – "Zirə"də xoşbəxtəm. Rəhbərliyimiz mənə hər zaman şərait yaradıb. Onlara təşəkkür edirəm. Yüksək liqada təcrübəm olmadığı halda mənə güvəndilər. Bütün məşqçilər daha böyük büdcə, yaxşı şərait istəyər. Amma büdcə hər şey deyil. Elə ola bilər ki, böyük büdcə ilə heç ilk "5-liy"ə düşə bilmərəm. Futbolun hər cür tərəfi var. Bu gün şükür edirəm ki, "Zirə"nin baş məşqçisiyəm. Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

    – Növbəti oyunlarda Leroy-Jak Mikelsi start heyətində oynatmağı düşünürsünüz?
    – Mikels son vaxtlarda zədə aldı. Qış fasiləsindən sonra günü-gündən yaxşı formaya düşürdü. "Kəpəz"lə matça start heyətində başladı. Mikelsi oynatmaq istəyirəm. Qarşıdakı oyunlarda start heyətində başlamaq ehtimalı yüksəkdir. Sadəcə olaraq hücum xəttində rəqabət var.

    – Finalda rəqibin kim olmasını istəyərdiniz?
    – Bu suala cavab vermək istəmirəm. Hazırda cavab oyununda "Turan Tovuz"un qarşısını necə alacağımızı fikirləşirəm. Bu gün hesab 3:0 olsaydı da mən rahatlaşmayacaqdım. "Turan Tovuz"un hücum potensialı fərqlidir. Rəqibi nəzərə alsaq, finala çıxdığımızı düşünmürəm.

    Futbol

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58
    Futbol

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23
    Futbol

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07
    Futbol

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32
    Futbol

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34
    Futbol

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50

    Daha bir boksçumuz Avropa çempionu oldu

    24.11.2026 19:35:53

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59

    Boksçumuz ardıcıl 3-cü dəfə Avropa çempionu oldu

    24.11.2026 17:57:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved