2024/25-ci illər mövsümündə Azərbaycan Premyer Liqasında 127 legioner futbolçu çıxış edib.
Prosport.Az xəbər verir ki, bu legionerlərdən çoxu Braziliyadan (20) olub.
2-ci və 3-cü sıranı isə Portuqaliya və Rusiya bölüşür. Hər iki ölkədən ölkəmizdə 11 legioner futbolçu çıxış edib.
119 azərbaycanlı futbolçunun çıxış etdiyi Premyer Liqada 6 legioner İspaniya və Fransadan, 5-i Gürcüstandan, eyni sayda Serbiya və Ukrayndan olub.

