Bu gün AFFA-nın Hesabat Konfransından sonra keçirilən mətbuat konfransında qurumun prezidenti Rövşən Nəcəfdən milli assosiasiyanın İcraiyyə Komitəsinin iclasları barədə soruşulub.
Prosport.Az xəbər verir ki, sual təxminən belə səslənib: “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İcraiyyə Komitəsinin iclaslarında nadir hallarda iştirak edir. Bu halda AFFA tədbir görə bilərmi?".
Rövşən Nəcəf isə belə cavab verib: “Qurban Qurbanov oyun qrafiki imkan verdiyi zaman AFFA-nın İcraiyyə Komitəsinin iclaslarında iştirak edir. Biz İcraiyyə Komitəsinin bütün üzvləri, o cümlədən Qurban Qurbanovla daim əlaqədəyik. O, hər zaman bizimlə əlaqədədir və bizə dəyərli tövsiyələrini verir”.

