FIFA referisi Kamal Umudlu UEFA-dan təyinat alıb.
Prosport.Az xəbər verir ki, o, 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin I raundunun 3 oyununda fəaliyyət göstərib.
Referi A qrupunun İsveç - Sloveniya və Belçika - İsveç matçlarında baş hakim, Belçika - Sloveniya qarşılaşmasında isə ehtiyat hakim olub.
Azərbaycanlı digər referi Vüsal Məmmədov isə hər 3 qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirib.

