Almaniya Regional Liqasının son turunda bir neçə oyun keçirilib.
Prosport.Az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq futbolçusu Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo” (Berlin) “Babelsberq”lə qarşılaşıb.
Görüş 2:2 hesabı ilə yekunlaşıb.
Rüfət Dadaşov meydana start heyətində çıxıb və və hesab 1:1 olduğu zaman fasilədə əvəzlənib. O, oyunun 2-ci dəqiqəsində məhsuldar ötürmə edib.
“Dinamo” hazırda 28 xalla 14-cü yerdədir.

