“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev və qapıçısı Mateuş Koxalski Masallı rayonunda 2 məktəblinin böyük arzusunu gerçəkləşdiriblər.
Prosport.Az xəbər verir ki, sosial şəbəkələrdə “Qarabağ” komandasına və onun futbolçularına olan sevgilərini çəkdikləri video ilə ifadə edən balacaların müraciəti cavabsız qalmayıb.
Belə ki, futbolçular uşaqlara xüsusi video-müraciət ünvanlayıblar.
Koxalski məktəbliyə öz imzalı qapıçı əlcəklərini, Elvin Cəfərquliyev isə digər şagirdə "Qarabağ"da geyindiyi 44 nömrəli formasını hədiyyə edib.
Həmin görüntüləri təqdim edirik:

