“Sabah”dan ayrılan Boyan Letiç özünə komanda tapıb.
Prosport.Az xəbər verir ki, bosniya və herseqovinalı müdafiəçi ölkəsində oynayacaq.
O, "Sloqa Meridian" ilə anlaşıb. Letiç yüksək liqada yarışan komandaya mövsümün sonuna qədər kömək edəcək.
33 yaşlı futbolçu “Sabah”ın tarixində ən çox oyun keçirmiş 2-ci oyunçudur. Bununla yanaşı, sol cinah müdafiəçisi Masazır klubunun avrokuboklarda ilk qolunun müəllifidir.

