"Sabah" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Qarabağ"la ilk oyununa ciddi itki ilə çıxacaq.
Prosport.Az xəbər verir ki, komandanın əsas simalarından olan İqor Noqeyro görüşü kənardan izləyəcək.
Buna səbəb braziliyalı mərkəz müdafiəçisinin sarı vərəqə limitini doldurmasıdır.
İqor “İmişli” və “Qəbələ” ilə səfər oyunlarında aldığı sarı vərəqələr ucbatından cəzalı duruma düşüb.
Aprelin 2-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

