Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Azərbaycanda bu klub 35 min manata satışa çıxarıldı
    1.04.2026 18:48:41

    Azərbaycanda futbol klubu satılır. II Liqada mübarizə aparan "Araz Saatlı"ya qiymət qoyulub.

    Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, cəmi 35 min manat ödəyən istənilən şəxs klubu öz adına keçirə bilər.

    Hazırda aran təmsilçisinin təsisçisi və prezidenti Ədalət Abdullayevdir. O, 3 ilə yaxındır ki, klubun bütün ağırlığını öz üzərində daşıyır.

    Saatlıda fəaliyyət göstərən heç bir şirkət və ya iş adamı ona maddi-mənəvi köməklik göstərmir. Meydanda tək qalıb.

    Əlbəttə, başqa sahədən normal qazancı olmayan bir fərd üçün klubu yaşatmaq çox müşkül məsələdir. Odur ki, Ədalət Abdullayevin xeyli borcu əmələ gəlib.

    İmkansızlıq klubun turnir cədvəlindəki yerindən də görünür. Bölgə təmsilçisi 20 tur ərzində vur-tut 8 xal toplayıb.

    Aktivində 2 qələbə və eyni sayda heç-heçə olan kollektiv 16 dəfə məğlubiyyətlə üzləşib. Son sırada yer alan komanda 11-ci yerdəki "Ağdaş"dan 6 xal geridədir.

    Çempionatda 2-ci mövsümünü keçirən aranlılar həqiqətən ciddi maliyyə böhranı yaşayır.

    Digər iştirakçılardan fərqli olaraq, AFFA Saatlı komandasına maliyyə dəstəyini dayandırıb. Artıq 3 aydan çoxdur ki, federasiya kubun yardım paketini "dondurub".

    Bu məbləğin hər ay üzrə 5800 manat olduğunu nəzərə alsaq, "Araz Saatlı"nın necə vəziyyətlə qarşılaşdığını təsəvvür edərik.

    Çünki göstərilən vəsait heç bir yerdən maddi dəstək almayan, sponsoru olmayan saatlılar üçün böyük puldur. Klub dekabr, yanvar və fevral ayının yardım paketini nə vaxt alacağını bilmir.

    Problemin nədən qaynaqlandığını artıq araşdırmışıq. Məlum olub ki, bunun kökündə Asim İbrahimovun AFFA-ya şikayəti dayanır.

    Ötən mövsümün gedişində komandanın sükanı arxasına keçmiş və 3 ay sonra istefaya göndərilmiş baş məşqçi klubdan federasiyaya müraciət edib.

    O, "Araz Saatlı"nın müqavilə öhdəliklərini yerinə yetirmədiyinə dair ərizə yazıb. Həmin ərizəyə görə, aranlılar İbrahimovla 2500 manat aylıq maaş şərtiylə 1,5 illik müqavilə imzalayıb.

    MOİK-in sabiq çalışdırıcısı ona təzminat ödənilməsini tələb edib. Sənədləri araşdıran qurum adıçəkilən mütəxəssisi şikayətində haqlı çıxarıb.

    Problemin həlli indi yalnız bir halda mümkündür - "Araz Saatlı" həmin borcu bağlamalıdır. Əks halda, maliyyə "krant"ı heç vaxt açılmayacaq.

    Futbol

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58
    Futbol

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23
    Futbol

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07
    Futbol

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32
    Futbol

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34
    Futbol

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50

    Daha bir boksçumuz Avropa çempionu oldu

    24.11.2026 19:35:53

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59

    Boksçumuz ardıcıl 3-cü dəfə Avropa çempionu oldu

    24.11.2026 17:57:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved