"Kəpəz" klubu cərimələnib.
Prosport.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Buna Azərbaycan Premyer Liqasının XXV turunda "Qarabağ"la matçdan sonra meydana kənar şəxslərin daxil olması səbəb olub.
Bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığı üçün Gəncə təmsilçisi 6 500 manat ziyana düşüb.
Xatırladaq ki, "Kəpəz" "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.

