Bolqarıstanın U-21 yığmasının baş məşqçisi Todor Yantsev Avropa çempionatının seçmə mərhələsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib.
Prosport.Az xəbər verir ki, ölkəsinin mətbuatına danışan mütəxəssis 0:0 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Nə olursa-olsun, qələbə qazanmalı idik. İlk hissədə oyunumuzu göstərə bilmədik. Fasilədən sonra çox yaxşı oynadıq, qol şansları yaratdıq. Azlıqda qalsaq da, qələbə üçün şanslarımız var idi. Matçdan əvvəl gözlənilməz itkilərimiz oldu və bu, matça təsirini göstərdi”.

