Bolqarıstanın U-21 yığmasının üzvü Asen Mitkov Avropa çempionatının seçmə mərhələsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib.
Prosport.Az xəbər verir ki, ölkəsinin mətbuatına danışan futbolçu 0:0 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Qələbə üçün 1 qol çatmadı. Son dəqiqələrdə şanslarımız oldu, amma yararlana bilmədik. 1-ci hissədə tələskənliyə yol verdik. Fasilədən sonra daha yaxşı oynadıq. Azərbaycanla matçda qələbəyə layiq idik. Heyətdə itkilərimizin olması oyuna təsir etdi”.

