"Qarabağ"ın futbolçusu Marko Yankoviçin çıxış etdiyi Monteneqro millisi Sloveniya yığması ilə yoldaşlıq oyunu keçirib.
Prosport.Az xəbər verir ki, qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin yarımmüdafiəçisi matça start heyətində başlayıb və 83-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, komandasının vurduğu hər 2 qolun məhsuldar ötürməsinin müəllifi məhz Marko Yankoviç olub.

