21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Prosport.Az xəbər verir ki, səfərdə Bolqarıstan komandası ilə üz-üzə gələn Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv rəqibi ilə qolsuz bərabərə qalıb. Qarşılaşma Plovdiv şəhərində baş tutub.
Meydan sahiblərinin heyətində Georgi Çorbadjiyski 82-ci dəqiqədə 2-ci "sarı"dan qırmızı vərəqə alaraq meydandan qovulub.
Xatırladaq ki, U-21 millimiz 6 komandanın yer aldığı B qrupunda 6 xalla 5-ci pillədə qərarlaşıb. Meydan sahibləri 11 xalla 4-cüdür.

