"FIFA Series - 2026" beynəlxalq turnirinin qalibi olan Azərbaycan millisinə ödəniləcək mükafat bəlli olub.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, AFFA qeydə alınan uğurlu nəticəyə həssaslıq göstərib.
Federasiya rəhbərliyi turnirin qaliblərinin hər birinə mükafat təyin edib. Məbləğ heç kimə kiçik görünməsin - futbolçulara 10 min manat ödəniləcək.
Qeyd edək ki, millimiz turnirin finalında Syerra-Leone ilə qarşılaşıb. Əsas vaxtı heç-heçə (1:1) başa çatan matçın penaltilər seriyasında daha dəqiq oynyan yığmamız 9:8 hesablı qələbə qazanıb.

