Azərbaycan millisi "FİFA Series – 2026" beynəlxalq turnirinin finalında Syerra-Leone kollektivinə qalib gəlib. Əsas vaxtı heç-heçə (1:1) ilə başa çatan oyunda yığmamız penaltilər seriyasında 9:8 hesabı ilə üstün olub.
Prosport.Az xəbər verir ki, turnirin ən yaxşı oyunçusu millimizin və "Qarabağ"ın yarımmüdafiəçisi Elvin Cəfərquliyev seçilib.
Mükafatı AFFA-nın baş katibi Cahangir Fərəcullayev təqdim edib.

