Azərbaycan millisinin “FIFA Series – 2026”da Syerra Leone ilə bu gün keçirəcəyi oyunun iştirak ərizəsi müəyyənləşib.
Prosport.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Ayxan Abbasovun sərəncamında 24 futbolçu olacaq.
Təlim-məşq toplanışına dəvət edilən oyunçulardan 3-ü bugünkü matçı buraxmalı olacaq. Qapıçı Şahrudin Məhəmmədəliyevin iştirak ərizəsinə salınmaması gözlənilən idi. Lakin müdafiəçi Rahil Məmmədov və yarımmüdafiəçi Aleksey İsayev də qarşılaşmada yer ala bilməyəcək.
Məmmədov üç gün əvvəl Seynt Luşa ilə görüşdə 1 hissə iştirak etmişdisə, İsayev ehtiyatda qalmışdı.
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 19:00-da başlayacaq.

