“Şamaxı”nın futbolçusu Alfons Mabula Msanqa Tanzaniya yığmasının heyətində növbəti oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, onun komandası Ruandada keçirilən “FIFA Series” çərçivəsində 3-cü yer uğrunda matçda Makau ilə qarşılaşıb.
Görüşə ehtiyat oyunçular skamyasında başlayan Msanqa fasilədən sonra meydana çıxıb. Matç Tanzaniya yığmasının 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da “Şamaxı”nın yarımmüdafiəçisi millinin heyətində “FIFA Series” turnirində 3-cü olub.

