Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İlk dəfədir ki, millimiz Afrika təmsiçisi ilə qarşılaşır" – Ayxan Abbasov
    29.03.2026 19:35:07

    "Turnirdə 2-ci oyunumuza çıxırıq. Rəqib isə ilk matçını keçirəcək. Bu mənada üstünlükləri var. Buna baxmayaraq, evdə oynayırıq. Azarkeşlərimizin dəstəyi ilə qalib gəlmək istəyəcəyik. Rəqib bu dəfə fərqlidir. İlk rəqibdən reytinq baxımından bizdən öndədirlər. Son oyunlarını təhlil etmişik. Optimal heyət gəlib. Oyundan-oyuna bizdə yaxşı mənada fərq olmalıdır. Bir toplanışımız qalıb. İnanıram ki, ilk oyundakı ciddiyyət və istəkdən daha fərqli olacaq. Rəqib bunu tələb edir. Hazırıq".

    Prosport.Az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Ayxan Abbasov "FIFA Series" turnirinin Syerre-Leona millisi ilə görüşdən əvvəl keçirilmiş mətbuat konfransında deyib.

    O, jurnalistlərin suallarını cavablandırıb.

    – İlk oyunda yağışın yağması meydançaya təsir göstərib. Bu sizi nə dərəcədə narahat edir?
    – 
    Hava və meydança ağır idi. Amma rəqib də eyni şəraitdə oynayırdı. Fiziki yüklənmə baxımından çətin oldu. Buna baxmayaraq, ilk hissədə Rəhman Daşdəmirovdan başqa bütün futbolçuları dəyişdik. 2-ci hissədə meydana girənlər də tempi yüksək tutdu, çox fərq hiss olunmadı. 

    – Canni De Byazinin inancı var idi ki, qalib gəldikdən sonra mətbuat konfransına Emin Mahmudovla gəlirdi. Siz niyə belə etmədiniz?
    – 
    Millidə olandan bu yana, istəyirəm ki, bütün futbolçular bu məsuliyyəti dərk etsin. Sizlərin qarşısında olması, danışması vacibdir. Hər oyunda bunu dəyişirik. Belə inanclarımız da yoxdur.

    – Syerre-Leona millisi haqda çox şey bilmirik. Bu komanda hansı üslubda oynayır, kimdən çəkinmək lazımdır, bilmirik. Onlar haqda nə deyəcəksiniz?
    – 
    Səhv etmirəmsə, ilk dəfədir ki, millimiz Afrika təmsiçisi ilə qarşılaşır. Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır, futbolçular üçün dəyişiklik olar. Rəqib reytinqdə bizdən üstün ola bilər. Bu xalları elə-belə qazanmırlar. Fransa yüksək liqasında oynayan müdafiəçiləri var, topla oynayırlar, texnikalıdırlar. Yaxşı oyun olacaq.

    – Seynt Luşa ilə oyuna sonradan meydana daxil olanlardan kimlərə sabah əsas heyətdə şans verəcəksiniz?
    – 
    Heyətdə dəyişiklik olacaq. Buna ehtiyac var. Bəzi dəyişikliklər gözlənilir. Millidə 1-ci və 2-ci heyət aurasının olmamasını istəyirik. Çünki hamı hazır olmalıdır. Klubdan fərqli, ən yaxşılar buradadır. Rəqibə görə də düşünəcəyik.

    – Köməkçilərinizi Litva və ya Lixtenşteynin görüşlərinə göndərmisiniz?
    – 
    Yay toplanışında rəqiblərimizi yaxından izləmək planımız var. Köməkçilərimiz də orada ola bilər, özümüz də. İndiki yoldaşlıq görüşlərini yaxından izləyirik. Lixtenşteyn Tanzaniyaya qalib gəldi. Litva Gürcüstanla oynayırdı. Yaxşı, mübariz komandadır. Bu dəqiqə özümüzlə vəziyyətə düzgün qərar versək... Bizim onlardan böyük üstünlüyümüz yoxdur. Futbolçularımız milliyə yaxşı performansda olsalar, qalib gəlmək istəyirik.

    – Sabah bərabərlik qeydə alınarsa, bunu uğurlu hesab etmək olar?
    – 
    Bu turnirdə bərabərlik olandan sonra dərhal penaltilərə keçəcəklər. Kimsə qalib gəlməlidir. Bu turniri təşkil edən FIFA-dır. Rəqibləri biz seçmirik. Hər bir rəqibə hörmət etməliyik. Bizdən də qat-qat güclü rəqiblərlə oynadıq. Onların bizə necə hörmət etdiyini gördük. Reytinqdə zəif olan komandalara da uduzmuşuq. Zəiflə də mübarizə aparmaq lazımdır. İlk oyunda istədiyimiz o idi ki, futbolçuların oyuna yanaşması düz idi.

    – Qələbə sizin özünüz üçün nə qədər vacibdir? 
    – Millidə qalib gəlmək məşqçi üçün çox böyük sevincdir. Hər məşqçinin arzusudur ki, millidə qalib gəlsin. Ardıcıl 2-ci qələbə futbolçular və məşqçilər üçün böyük motivasiya olar. İstəyirik ki, ilin sonuna qədər yaxşı statistika yaransın. Yoldaşlıq görüşləri və qrupdakı rəqiblər imkan verir ki, yaxşı mübarizə aparaq. Ən yaxşı ilimiz ola bilər.

    – Bir dəfə demişdiniz ki, müqaviləniz U-21-də fəaliyyətinizə əsasən davam edir. AFFA bu haqda ətraflı açıqlama verməyib. Millətlər Liqasındakı nəticələr millidəki fəaliyyətinizə təsir göstərəcək? "Şamaxı"nın baş məşqçi axtarışına çıxdığı xəbərləri dolaşır...
    – 
    Klubla yayda müqaviləmizin müddəti bitir. Milli ilə də danışığımız olmuşdu ki, yay toplanışından sonra mövzuları müzkairə edəcəyik. İlin sonuna qədər müqaviləm var. Bu turnir önəmlidir. Qərarlar veriləcək.

    – Bir müddət millimiz daha çox güc etibarı ilə özünə yaxın rəqiblərlə oynayacaq. Sonradan Avropa çempionatının seçmə mərhələsində daha güclü komandalarla matçlarda oynamağı yadırğamayacaqsınız ki?
    – 
    Yox. Məncə, problem olmaz. Biz ağır oyunlar keçmişik. Fransa ilə 2 ağır oyun oynamaq elə 2 illik stressə bəs edir (gülür). Kənardan asan gələ bilər. Futbolçular da çox əziyyət çəkdi. Ukrayna və İslandiya görüşlərdə də həmçinin. San-Marino və Malta ilə oyunlarımız olacaq. Zəif rəqiblər deyil. FIFA pəncərəsi açıq olanda yaxşı rəqiblər istəyirik. Bir çox rəqiblərlə danışırdıq. Amma rəqib də səni seçməlidir. Futbolçularımız avrokuboklarda, Çempionlar Liqasında oynayacaq. Futbolçular boş dayanmır. Allah qoysa, problem olmaz.

    Futbol

    "9 oyun sonra gələn qələbə komandanın əhvalı üçün vacibdir" - Saşa İliç

    19.04.2026 22:12:11
    Futbol

    "2 dəfə boş qapıya vura bilmədik" - Kaxaber Sxadadze

    19.04.2026 21:37:57
    Futbol

    "Sumqayıt"ın 9 oyunluq qələbəsizlik seriyası başa çatdı - VİDEO

    19.04.2026 20:29:31
    Futbol

    "I Liqadan yüksələn komanda üçün ilk ilində bu xalları yığmaq asan deyil" - Jorj Kaşkilya

    19.04.2026 19:10:14
    Futbol

    "Yusif şəxsən mən tərəfdən cəzalandırılacaq" - Azər Bağırov

    19.04.2026 18:49:50
    Futbol

    "İmişli" Premyer Liqada qalmağı təmin etdi - VIDEO

    19.04.2026 17:33:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "9 oyun sonra gələn qələbə komandanın əhvalı üçün vacibdir" - Saşa İliç

    19.04.2026 22:12:11

    "2 dəfə boş qapıya vura bilmədik" - Kaxaber Sxadadze

    19.04.2026 21:37:57

    "Tribunaların dolmasını istəyirəm" – "Gəncə"nin baş məşqçisi

    19.04.2026 21:23:29

    "Bu görüş meydanda yerli oyunçulara güvənməyin vacib olduğunu göstərdi" – "Neftçi"nin məşqçisi

    19.04.2026 21:15:09

    "Sumqayıt"ın 9 oyunluq qələbəsizlik seriyası başa çatdı - VİDEO

    19.04.2026 20:29:31

    "Neftçi" və "Gəncə" yarımfinalda

    19.04.2026 19:50:56

    "I Liqadan yüksələn komanda üçün ilk ilində bu xalları yığmaq asan deyil" - Jorj Kaşkilya

    19.04.2026 19:10:14

    "Yusif şəxsən mən tərəfdən cəzalandırılacaq" - Azər Bağırov

    19.04.2026 18:49:50

    Tovuz klubu Azərbaycan çempionu oldu

    19.04.2026 18:42:18

    "İmişli" Premyer Liqada qalmağı təmin etdi - VIDEO

    19.04.2026 17:33:12

    "Sumqayıt" – "Qəbələ": HEYƏTLƏR

    19.04.2026 17:12:40

    "Balabəy Ağayevə qarşı daha çox haqsızlıq edilib" – Natiq Bağırov

    19.04.2026 16:47:35

    Olimpiya çempionumuz niyə bürünc medal görüşünə buraxılmadı? – SƏBƏB

    19.04.2026 15:19:43

    "Gəncə" Azərbaycan çempionatının 3-cüsü oldu

    19.04.2026 15:11:16

    Federasiya rəhbərliyi Avropa çempionatında çıxış edəcək idmançılarla – FOTOLAR

    19.04.2026 15:03:46
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved