Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.
Prosport.Az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 31-də keçiriləcək Rumıniya – San-Marino görüşünün hakim-inspektoru olacaq.
Qeyd edək ki, A qrupunun qarşılaşması Tırqovişte şəhərində yerləşən "Eucen Popesku" stadionunda baş tutacaq.

