"Karvan-Yevlax"ın Premyer Liqanı tərk edəcəyi böyük ölçüdə dəqiqləşib.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, artıq I Liqa ilə bağlı bəzi planlar tutulub.
Məsələn, Aran təmsilçisi elitanı tərk etsə belə, baş məşqçi postunda dəyişiklik gözlənilmir. Kollektiv aşağı liqada da Füzuli Məmmədovla yola davam edəcək.
Rəhbərliyin bu qərarı futbolçuları narazı salıb. Çünki oyunçular çalışdırıcının yanaşmasından narazıdır.
Xüsusilə matçların gedişində onun futbolçulara kəskin irad bildirməsi birmənalı qarşılanmır.
Bu hərəkət fayda vermək bir kənara, mənfi təsir göstərir.

