Ruanda milli komandası “FIFA Series 2026” yoldaşlıq turnirində Qrenade ilə üz-üzə gəlib.
Prosport.Az xəbər verir ki, qarşılaşma birincilərin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Ruando yığmasının heyətində Azərbaycan Premyer Liqasında çıxış edən 3 futbolçu meydana çıxıb. "Zirə"dən Anje Mutsinzi ilə Leroy Mikels, "Sabah"dan isə Coy Lens Mikels matçda iştirak ediblər. Hər 3 oyunçu start heyətində yer alıb.
Leroy Mikels 45+2-ci dəqiqədə komandasının ilk qolunu vurub.

