Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Açıq fikirliyiksə, hər kəs bəyənməyə bilər" - Ayxan Abbasov
    27.03.2026 22:05:50

    “FIFA Series 2026” yoldaşlıq turnirində keçirilən Azərbaycan – Sent Lüsiya oyunundan (6:1) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb.

    – Bu hava şəraitində bizi tək qoymayan azarkeşlərə təşəkkür edirəm. Oyuna gəlincə, belə havada oynamaq ağırdır. Hər iki komanda da çətinlik çəkirdi. Buna baxmayaraq, futbolçuların işi, diqqəti, qol vurmaq istəyini gördük. Özümüzə inam üçün bu hal sevindiricidir. Heyətdə yeni adlar var idi. Bundan sonrakı oyuna vaxtımız azdır. Hazırlaşırıq. Qalib gəlmək istəyirik. Rəqib daha güclü, yaxşı komandadır. Matça hazır olub, yaxşı nəticə ilə azarkeşlərimizi sevindirmək istəyirik.

    – Bu oyun bizim milliyə nə verdi və nəyi görmək istəyirdiz, nə gördünüz?
    – Bundan əvvəlki oyunlarımızın hamısı çox ciddi rəqiblərə qarşı idi. Millidəki futbolçuların döyüşkənliyi ilə öyünürdük. Bilirik ki, Millətlər Liqasında qalib gəlmək məcburiyyətindəyik. Bu gün futbolçuların qol vurmaq, qələbə istəyi var idi. Millinin oyunlarında, məncə, nəticə önəmlidir. Hər xal, hər statistika vacibdir.

    – Nə üçün futbolçular oyuna Azərbaycansayağı yanaşırdılar. 4:1 öndə olsaq da, futbolçu rəqib meydançada simulyasiya edirdi…
    – Bu, düzgün fikir deyil. Bu gün hava şəraitini nəzərə almaq lazımdır, meydançada sürüşkənlik var idi. Millətlər Liqasında heç bir futbolçunu itirmək istəmirik. Belə hallara diqqət etməlidirlər.

    – Çoxlu dəyişikliklər oldu. Optimal formanı tapmaq istəyirdiniz, ya hamıya şans vermək?
    – Hamıya şans vermək, görmək istəyirik. Komandada rəqabət var. Heyətdə dəyişiklik ola bilər. Zədələr məsələsi də var. Bəzi futbolçuların forması daha yaxşıdır. Hər kəsi görürürük. Bugünkü oyun əlavə şans idi.

    – Son 24 saat ərzində sizə qarşı olan tənqidlər oyuna hazırlığa mane olmurdu?
    – Diqqəti qorumaq lazım idi. Çox da bu məsələyə köklənmirdik. Tənqidləri normal qarşılayıram. Açıq fikirliyiksə, hər kəs bəyənməyə bilər, hamının öz fikri var. Bu, milli komandadır. Millinin heyəti açıqlananda hərənin öz versiyaları yaranır, normaldır. Bir şeyə əminəm, alnım açıqdır, heç vaxt nəyəsə qərəzli yanaşmıram və yanaşmaram da. Hərdən görünür ki, kimin daxilində nə var, elə fikirləşir.

    – 6:1 hesabının rekord olacağını bilirdiniz?
    – Dünən mətbuat konfransında bildirilmişdi, bilirdik. Yada salınmışdı. Futbolçulara belə tapşırıq verməmişdik ki, rekord olmalıdır. Oyun, temp, hücumlar, qol istəyirdik. Çox qol vurmaq sevindirir.

    – Bu qələbənin Sumqayıtda qazanılması sizə necə təsir edir? Növbəti rəsmi oyunların burda keçirilməsi təklifi ilə çıxa bilərsiniz?
    – Sumqayıt mənimçün doğmadır. 4 ilə yaxın burda işləmişəm. İlklərə imza atmışıq. Milli komandanın oyunlarının bölgələrdə də olmasını istəyirik. Sumqayıt da bu variantlardan biridir.

    – Növbəti görüş Syerra Leoneyə qarşıdır. Bugünkü performans növbəti rəqibə qarşı planlarda hansısa dəyişikliyə səbəb olacaq?
    – İki oyun planımız var idi. Oyundan əvvəl də fasilədən sonra çox dəyişikliyi düşünürdük. Eləməyə də bilərdik. Lakin hesab imkan verdi ki, bu addımı ataq. Bəzi futbolçulara istirahət verdik. Növbəti oyunu fərqli oynamaq istəyirik. Litvanı, Lixtenşteynlə oyunları da düşünürük. Bəzi məsələləri bu oyunlarda görmək istəyirik. Son 15 dəqiqədə fərqli sistemlə oynadıq.

    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Futbol

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Futbol

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved