"Qarabağ" ölkə xaricində yaşayan azərbaycanlı futbolçunu baxışa çağırıb.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, söhbət Altay Ordubadidən gedir.
ABŞ-də doğulan və futbolda ilk addımlarını Kaliforniyada atan 21 yaşlı gənc hazırda Bakıdadır.
Mərkəz yarımmüdüfiəçisi mövqeyində çıxış edən həmyerlimiz bir müddət burada qalacaq.
Əvəzedici heyətdə məşqə çıxan Ordubadinin əsas komandaya cəlb olunub-olunmaması özünü "dubl"da necə göstərməsindən asılı olacaq. O, yoxlanışın ilk günlərində heç də pis təsir bağışlamayıb.

