Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Belə məğlubiyyətlər yaddaşdan silinmir" - Rəşad Eyyubov
    26.03.2026 14:13:46

    Azərbaycanın U-21 millisinin baş məşqçisi Rəşad Eyyubov AVRO-2027-nin seçmə mərhələsinin Portuqaliya ilə oyunundan əvvəl jurnalistlərə danışıb.

    Prosport.Az xəbər verir ki, gənc məşqçi sabahkı görüşdə yığmamızın əsas hədəfini açıqlayıb.

    - Sabah Portuqaliya kimi güclü rəqiblə oynayacaqsınız. Belə matça futbolçuları hazırlamaq nə dərəcədə çətin və ya asandır?

    - Bizim üçün çətin olan bilirsiniz nə idi? Bəzi oyunçularımız Əvəzedicilər Liqasında oynayır. Bəziləri isə I Liqa və Premyer Liqada. Ən böyük çətinlik o idi ki, biz fiziki baxımından necə balans tapaq ki, hamı eyni kondisiyada olsun. 1-ci çətinlik bu idi. Fiziki baxımdan bu oyuna tam hazırıq. 2-cisi taktiki məsələdir. Bu baxımdan da qısa müddət ərzində futbolçulara maksimum məlumat ötürməyə çalışdıq. Bircə qalır mental məsələ. Bu da futbolçuların özlərindən asılıdır. Mən daim futbolçulara deyirəm ki, özünüzə inanın, hədəflərinizi maksimum qoyun. Sadəcə sözlə yox, bunu əməllə meydançada göstərmək lazımdır.

    - Bu oyunda Azərbaycan yığmasının əsas məqsədi nədir, mümkün qədər böyük hesabla uduzmamaq, yoxsa heç-heçə etmək?

    - Həmişə səmimiyəm. Deyə bilərəm ki, bizim əsas məqsədimiz oyunçularımızı A milliyə hazırlamaqdır. Çünki bura U-21 yığmasıdır. Çox vacib məsələ odur ki, oyunçular pozitiv təcrübə alsınlar və növbəti addımı atanda, onlar mental olaraq qələbələrə hazır olsunlar. Fərqi yoxdur, biz Portuqaliyaya qarşı oynayırıq, yoxsa başqa milliyə. Heç bir rəqib qələbəni bizdən çox istəyə bilməz.

    - Deyirlər ki, zaman hər şeyin dərmanıdır. Sizcə, ilk dövrədəki 0:5 hesablı məğlubiyyətin izi futbolçularda qalmayıb ki? Hər halda, ağır məğlubiyyət olub...

    - Əlbəttə, belə məğlubiyyətlər yaddaşdan silinmir, oyunçular bunu dərk edirlər. Biz bu barədə də danışmışıq. Əlimizdən gələni edəcəyik ki, Portuqaliya görüşdən pozitiv nəticə ilə ayrılaq.

    - Rüfət Abbasov U-21 yığmasındadır, Xəyal Əliyev isə əsas millidədir. Ayxan Abbasovla danışığınız necə oldu? Xəyal Əliyev Bolqarıstan səfərində sizə qoşula bilər?

    - Prioritet əsas millidir. Biz də oyunçuları ora üçün hazırlayırıq. Əlbəttə ki, Xəyal bizim üçün çox önəmli futbolçudur. Görürsünüz ki, bizdə hücumda bəzi problemlər var idi. Ağadadaş Salyanski çox az dəqiqələr alır. Bəzi oyunçuları başqa mövqelərdə oynatmaq məcburiyyətindəyik.

    - "Sabah"a məxsus olsa da, "Araz-Naxçıvan"ın qapısını icarə əsasında qoruyan Süleyman Həsənov geniş siyahınıza daxil etmişdiniz?

    - Əlbəttə ki, onun barəsində məlumatlımız var. Geniş siyahımızda 100-dən çox oyunçu var. Bütün oyunçuları izləyirik. Süleyman da o siyahıdadır. Sadəcə indiki halda daim Premyer Liqada dəqiqə alan Xəyal Feyzullayev var. Səlim Həşimov da keçən il yaxşı çıxış edib. Sadiq Ramazanov da I Liqada oynayır, çox perspektivli qolkiperdir. Qapıçılar çoxdur. Gələcəkdə də rotasiyalar ola bilər.

    - Oyun adətən axşam saatlarında olur. Bu oyunun 15:00-da keçirilməsi hazırlığınıza təsir göstərdi?

    - Xeyr. Oyunçuların çoxu bu vaxtlarda oynamağa öyrəşib.

    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Futbol

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved