PSJ-nin cinah hücumçusu Xviça Kvaratsxeliya Gürcüstan milli komandasının yeni kapitanı təyin edilib.
Prosport.Az xəbər verir ki, vingerə kapitanlıq sarğısı Quram Kaşiyanın karyerasını bitirməsindən sonra verilib.
Avstriya təmsilçisi "Şturm"un futbolçusu Otar Kiteişvili və "Krakoviya"nın oyunçusu Otar Kakabadze isə vitse-kapitan təyin olunublar.
Gürcülər martın 26-da İsrail, 29-da isə Litva ilə yoldaşlıq oyunları keçirəcək.
Qeyd edək ki, Xviça Kvaratsxeliya Azərbaycan millisinin və "Şəmkir"in sabiq futbolçusu Nadir Kvaratsxeliyanın oğludur.

