"Şəmkir"in futbolçusu Fuad İslamzadə II Liqanın XIX turunun "Ağdaş"la oyununda ciddi zədələnib.
Prosport.Az xəbər verir ki, o, oyun zamanı başına dəyən zərbədən ağır kəllə-beyin travması alıb və alın sümüyündə çat aşkarlanıb.
Oyunçunun təcili əməliyyat olunmasına göstəriş verilib. Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən futbolçuya həkimlər tərəfindən lazımi tibbi yardım göstərilir və vəziyyəti nəzarət altındadır.
Qeyd edək ki, qarşılaşma "Şəmkir"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

