Azərbaycanlı futbolçunun gedəcəyi Kiprin "Pafos" klubunun prezidenti Roman Dubov istefa verib.
Prosport.Az-ın xəbərinə görə, Britaniya vətəndaşı olan Roman Dubov istefa versə də, səhmdar kimi qalacağını və cari mövsümün sonunadək klubu dəstəkləyəcəyini bildirib.
"Pafos" bu gün öz meydanında "Apollon"la 1:1 oynayaraq çempionluq şanslarını çətinə salıb. Hazırda 4-cü sırada olan "Pafos"la lider "Omoniya" arasında 10 xal fərq var.
Qeyd edək ki, "Neftçi"nin və 21 yaşadək millimizin 19 yaşlı hücumçusu Murad Məmmədov bu ay "Pafos"la 4 illik müqavilə imzalayıb.

