Niderland Erediviziyasında XXVIII turun oyunları keçirilib.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Ozancan Kökçünün çıxış etdiyi "Volendam" səfərdə "Sparta" nın qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü matça start heyətdə başlayıb və 60-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, bu nəticədən sonra "Sparta" 41 xalla turnir cədvəlində 8-ci, "Volendam" isə 27 xalla 14-cü pillədə qərarlaşıb.

