Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Murad Məmmədov elə "Pafos"da oynayacaq: Özü açıqladı – YENİLƏNİB
    22.03.2026 19:43:29

    "Mən müqavilə bağladığım "Pafos"da oynayacağam".

    Bunu Prosport.Az-a "Neftçi"nin futbolçusu Murad Məmmədov deyib.

    Bu gün onun haqda mətbuatda yayılan xəbər Murad Məmmədovun reaksiya verməsinə səbəb olub. 19 yaşlı sağ cinah vingeri ölkə mətbuatında onun "Riqa"ya icarəyə verilməsi ilə bağlı deyilən xəbərin yanlış olduğunu bildirib:

    "Mən "Pafos"la müqavilə bağlamışam. Əvvəla, müqaviləmin müddəti 3+1 illik yox, 4 illikdir. Bu ay Braziliyanın "LA Football Consulting" şirkəti ilə müqavilə imzalamışam. "Pafos"a keçidim onların sayəsində baş tutub. Müqaviləmin bütün şərtlərini diqqətlə oxumuşam. Orada "Pafos"dan başqa yerə icarəyə verilməyim nəzərdə tutulmayıb. Nə də ki bu haqda nə azərbaycanlı, nə də braziliyalı menecerim mənə bir söz deməyib. Yeni mövsüm "Pafos" təlim-məşq toplanışına başlayanda, mən də yeni komandamın düşərgəsinə qoşulacağam".

    Qeyd edək ki, Murad Məmmədovun "Pafos"a keçəcəyini ilk olaraq idmanxeber.com saytı yayıb.

    14:43

    Murad Məmmədov Kipr çempionatında oynamayacaq. “Pafos”un yayda heyətinə qatmaq üçün razılaşdığı, ilkin müqavilə bağladığı yarımmüdafiəçi ilə bağlı planlar başqadır.

    Prosport.Az futbolinfo.az-a istinadən xəbər verir ki, kiprlilər 3+1 illik müqavilənin bütün detallarında razılığa gəlib. Məmmədovun “Neftçi” ilə anlaşması mövsümün sonunda başa çatacağından, “Pafos” onu sərbəst futbolçu kimi əldə edəcək. Bakılılar yalnız yetişdirmə pulu alacaq ki, o da böyük məbləğ deyil.

    Ən maraqlısı Məmmədovun Kiprdə yox, Latviyada oynayacağıdır. “Pafos” futbolçunun “Riqa”nın heyətində oyun praktikası qazanmasını istəyir. Yalnız bundan sonra o, Kiprə yollanacaq.

    Məmmədovun transfer edilərək son Latviya çempionu “Riqa”ya icarəyə verilməsi təsadüfi deyil. Çünki hər iki klubun sahibi eyni adam – Roman Dubovdur. Bu şəxs əvvəllər İngiltərədə “Portsmut” və “Ridinq”in prezidenti olub. Yəni bu klubların hamısı Dubov üçün əlçatandır. O müxtəlif ölkələrdən istedadlı oyunçuları toplayıb müxtəlif klublara yerləşdirir, daha sonra isə satır. Murad Məmmədovun yolunun İngiltərəyə qədər uzanması onun özündən, özünü doğrultmasından asılı olacaq.

    Futbol

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02
    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved