Albaniya Superliqasının XXIX turu start götürüb.
Prosport.Az xəbər verir ki, millimizin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" "Elbasani"nin qonağı olub.
Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Zamiq Əliyev meydana start heyətində çıxıb və sona qədər oynayıb.
Qeyd edək ki, "Eqnatiya" 51 xalla 3-cü pillədədir.

