Azərbaycan millisinin və ABŞ-nin "Kolambus Kru" klubunun futbolçusu Nəriman Axundzadə MLS-də debüt edib.
Prosport.Az xəbər verir ki, 21 yaşlı hücumçu müntəzəm mövsümün V turunun "Toronto" ilə səfər oyununda meydana çıxıb. Gənc forvard 88-ci dəqiqədə Andre Qomeşi əvəzləyib.
Qarşılaşma qonaq komandanın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, "Kolambus Kru" klubuna qış fasiləsində "Qarabağ"dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.

